Bundestaq terrorla bağlı fövqəladə iclas çağırır

17:47 23 Dekabr 2024

 

Bundestaqın Daxili İşlər Komitəsi və Kəşfiyyat Xidmətlərinin Fəaliyyətinə Nəzarət Komitəsi dekabrın 30-da xüsusi iclaslarında Maqdeburqda Milad yarmarkasına hücumu müzakirə etməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə DPA agentliyi Bundestaqdakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kəşfiyyat Xidmətlərinin Fəaliyyətinə Nəzarət Komitəsinin iclası yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00), Daxili İşlər Komitəsinin iclası isə saat 12:00-da (Bakı vaxtı ilə 15:00) başlayacaq.

Qeyd edək ki, dekabrın 20-də Maqdeburqda Milad yarmarkasında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 5 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

 



Xəbər xətti