ABŞ Əsədin müşavirini "İnterpol"a verdi

18:07 23 Dekabr 2024

 

ABŞ Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq rəisi Cəmil Həsəni (Jamil Hassan) beynəlxalq axtarış verib.

Sitat.info xəbər verir ki, bu barədə "İnterpol"un saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Bəşər Əsədin müşaviri vəzifəsində çalışmış C.Həsən müharibə cinayətlərində ittiham olunub.

Qeyd edək ki, 2024-cü il dekabrın 9-da Suriyada Əsəd rejiminin devrilməsindən sonra ABŞ Ədliyyə Departamenti C.Həsəni "Amerikalılara və digər mülki şəxslərə qarşı müharibə cinayətləri törətməkdə" ittiham edib.

 



Xəbər xətti