Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır.
Sitat.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orbanın Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib.
"Mən şadam ki, əlaqələrimiz ötən illər ərzində möhkəmlənməkdə davam edib və müstəsna əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib", - Orban qeyd edib.