Moskva bir neçə ölkədən Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında danışıqlara ev sahibliyi etmək təklifi alıb.
Sitat.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
O, Macarıstan və Slovakiya ilə bağlı sualı cavablandırarkən deyib:
“Biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq. Baş nazir Robert Fitso və Viktor Orban ölkələrini Putin və Tramp arasında danışıqlar platforması kimi təklif etmişdi.