Hər ay müharibə Ukrayna üçün demoqrafik itkilər deməkdir. Söhbət ölənlərdən yox, xaricdən bir daha qayıtmayacaq milyonlarla insandan gedir.
Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın M.V.Ptuxi adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru, akademik Ella Libanova deyib.
O vurğulayıb ki, getdikcə daha çox ukraynalı qaçqın xaricdə həyata alışır və nəticədə Ukraynaya qayıtmaq istəyini tamamilə itirir.
Bundan əlavə, müharibənin hər ayı əlavə məhv deməkdir, buna görə də geri dönməyə yeri olmayan daha çox insan var./Axar.az