Dekabrın 25-də axşam saatlarında Yer kürəsini G1 sinfinə aid zəif maqnit qasırğası vuracaq.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.
Qeyd olunub ki, maqnit qasırğası Moskva vaxtı ilə təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00) başlayacaq və dekabrın 26-da saat 00:00-a (Bakı vaxtı ilə 01:00) qədər davam edəcək. Başa çatmaq üzrə olan 2024-cü ildə daha bir maqnit qasırğası gözlənilmir.
2025-ci ilin ilk ayı ən azı yanvarın 20-nə qədər sakit keçəcək.