Baydendən Tramp üçün mühüm addım: Putinlə danışıqlar...

19:01 24 Dekabr 2024

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq etmək imkanını müzakirə edir.

Sitat.info xəbər verir ki, bu barədə "Vaşinqton Post" mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Rusiya neftini daşıyan "kölgə donanması" adlanan gəmilərə, həmçinin əvvəllər sanksiyalara məruz qalmayan Rusiya neft ixracatçılarına qarşı sanksiyalar tətbiq edə bilər.

“Bu addım yeni seçilmiş prezident Donald Trampın gələcək administrasiyasına Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masasında daha çox rıçaq verəcək”, - məlumatda qeyd olunub.



Xəbər xətti