Gürcüstan məhkəməsi Saakaşvili ilə bağlı qərar verdi

23:05 24 Dekabr 2024

Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən sabiq prezident Mixail Saakaşvili barəsində məhkəmə qərar çıxarıb.

Məlumata görə, hakim Mixail Cincoliya Saakaşvilinin həbs müddətinin uzadılmasına qərar verib.

Qeyd edək ki, dekabrın 24-də keçirilən məhkəmə iclasında, sübutların yoxlanılması başa çatdıqdan sonra vəkil Beka Basilaya Mixail Saakaşvili barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsini tələb edib.

Vəkilin fikrincə, Saakaşvilinin artıq azadlıqdan məhrum edildiyi bir şəraitdə ona həbs cəzasının verilməsi üçün heç bir əsas yoxdur.

Prokuror bu vəsatətlə razılaşmayıb. Prokurorun izah etdiyi kimi, həbs-qətimkan tədbirinin tətbiqi bir neçə təhlükələr üzərində qurulub və onun əsası təkcə sübutların məhv edilməsi deyildi.

Hakim Mixail Cincoliyanın sözlərinə görə, yeni cinayətlər və qaçmaq təhlükəsi qalmaqdadır.//Oxu.Az



Xəbər xətti