Tramp: Ölüm hökmlərini qətiyyətlə icra etməyə davam edəcəyik

10:11 25 Dekabr 2024

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra federal ölüm hökmlərini qətiyyətlə tətbiq etməyə davam edəcəyini bəyan edib.

Sitat.info xəbər verir ki, Tramp Baydenin ölüm hökmündə olan bəzi məhbusların cəzalarını yüngülləşdirmək qərarına reaksiya verib.

Tramp Baydenin ölüm hökmündə olan 37 məhbusun cəzasını ömürlük həbslə əvəzləməsinin qəbuledilməz olduğunu bildirib və bunun qurbanların ailələrinə hörmətsizlik olduğunu ifadə edib.

 "Co Bayden ölkəmizin 37 ən pis qatilinin edam cəzasını yüngülləşdirdi. Onların hər birinin törətdiyi cinayətləri eşidəndə onun bu qərarı necə verdiyinə inanmayacaqsınız. Bu, mənasız bir qərardır. Qurbanların yaxınları və dostlar bunun baş verdiyinə inana bilmirlər." 

Tramp, vəzifəyə gəldikdən sonra federal ölüm cəzası tətbiqlərini qətiyyətlə davam etdirəcəyini deyib. 

Seymur,

Sitat.info



Xəbər xətti