Rusiya Federasiyasında miqrantların ailə üzvlərindən etnik anklavlar formalaşır. Əgər miqrantlar Rusiya qanunvericiliyinə əməl etməsələr, bu mühitdə ekstremist ideologiya yayıla bilər.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı keçirilən iclasda bildirib.
Əməkçi miqrantların ailə üzvlərinin uzun müddət Rusiyada qalmaları ölkəmizin sosial sahəsinə çox ciddi yük yaradır. Bir sıra hallarda bu, millətlərarası münasibətlərdə gərginliyə səbəb olur”, - Medvedev deyib.
"Xüsusilə belə xarici vətəndaşlar heç bir yerdə işləmir və ya oxumursa və eyni zamanda Rusiya qanunvericiliyinin normalarına əməl etmək istəmirlərsə, bu zaman etnik anklavlar yaranır ki, onlar da ekstremizm üçün zəmin ola bilər” - o, əlavə edib.
Məğrur,
Sitat.info