Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Polşa vasitəsilə Avropa İttifaqına qaz tədarük etməyə hazır olduğunu açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Putin Rusiyanın Aİ-yə qaz tədarükündən imtina etmədiyini, Polşa üzərindən hazır marşrutun çəkildiyini vurğulayıb.
“Problem ondadır ki, Varşava Yamal-Avropa qaz kəmərini bağlayıb. Buyurun, şaha açın, tədarükə başlayaq”, - Putin vurğulayıb./APA