Yaponiya hökuməti 2025-ci maliyyə ili üçün (2025-ci ilin aprelində başlayır) 115,54 trilyon iyen (təxminən 731,28 milyard dollar) məbləğində büdcə layihəsini təsdiqləyib.
Sitat.info xəbər verir ki, xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi bildirib.
Büdcə layihəsi müdafiə xərclərinin rekord həddə çatmasını nəzərdə tutur və ölkə tarixində ilk dəfə olaraq 8 trilyon iyeni (təxminən 50,6 milyard dollar) keçəcək. Hərbi büdcənin artırılması hökumətin müdafiə potensialının artırılması və hücum vasitələrinin silahlanmaya qəbul edilməsi strategiyası çərçivəsində həyata keçirilir.
Əhalinin yaşlanması ilə əlaqədar sosial təminat xərcləri rekord həddə – 38,3 trilyon iyenə (təxminən 242,9 milyard dollar) yüksələcək.
Vergi daxilolmalarının artması sayəsində dövlət istiqrazlarının buraxılışı 28,65 trilyon iyenə (181,7 milyard dollar) qədər azalacaq, lakin Yaponiya hələ də dövlət borcunun ağır yükü ilə üzləşir: belə borclar xərclərin təxminən dörddə birini təşkil edir.
Büdcə layihəsi 2025-ci ilin əvvəlində parlamentin müzakirəsinə təqdim ediləcək. Oktyabr ayında keçirilən növbədənkənar seçkilərdə çoxluğunu itirən Liberal Demokrat Partiyası və “Komeito” partiyasının formalaşdırdığı hökumət koalisiyası, büdcənin təsdiqlənməsi üçün maraqları nəzərə alınmalı olan müxalifət partiyalarının sərt tələbləri ilə üzləşəcək.