Qroznı hava limanında uçuşlar məhdudlaşdırıldı

12:23 27 Dekabr 2024

"Şimali" (Qroznı) hava limanında "Kovyor" planı tətbiq edilib, reyslərin gəlişi və gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Sitat.info  xəbər verir ki, bu barədə hava limanının baş direktoru Alvi Şahgiriyev məlumat verib.

"Hava limanı "Kovyor" planına əsasən bağlanıb, (hava gəmilərini-red.) qəbul etmirik və buraxmırıq. "Kovyor" planı Moskva vaxtı ilə saat 05:08-də elan edilib", - o bildirib.

Bundan əvvəl də Rusiyanın bir neçə hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.



Xəbər xətti