Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib.
Sitat.info xəbər verir ki, bu barədə “Tengri News”a təyyarə qəzasının səbəblərini araşdırmaq üzrə hökumət komissiyasına rəhbərlik edən respublika Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
Onun sözlərinə görə, təhqiqatda Azərbaycandan 6, Rusiyadan 2, Braziliyanın “Embraer” təyyarə istehsal edən şirkətindən 2, Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən 3 mütəxəssis iştirak edir.
Bozumbayev əlavə edib ki, yaxında Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) ekspert də istintaqa qoşulacaq.