İtaliya Prezidenti Azərbaycan liderinə başsağlığı verib

19:42 28 Dekabr 2024

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Sitat.info xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə Milad günü baş vermiş çox ağır təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığımı bildirirəm.

Cənab Prezident, Sizinlə birlikdə dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, həlak olanların ailələrinin kədərini bölüşürəm".



Xəbər xətti