Türkiyədə İŞİD əməliyyatı: 536 nəfər saxlanıldı

13:14 31 Dekabr 2024

Son 12 gündə Türkiyənin 57 şəhərində İŞİD-ə qarşı “Gürz-34” əməliyyatı çərçivəsində 536 nəfər saxlanılıb.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.

Nazir saxlanılan şəxslərin terror təşkilatı içərisində fəaliyyət göstərdiyini, təşkilata maliyyə dəstəyi verdiyini və münaqişə bölgələri ilə əlaqəli olduqlarını bildirib.

Əməliyyat zamanı saxlanılan şəxslər barəsində terror təşkilatına üzv olmaq, yardım etmək, maliyyə dəstəyi göstərmək və sosial media vasitəsilə terror təşkilatının təbliğatını aparmaq ittihamları ilə prokurorluq tərəfindən istintaq başladılıb.



Xəbər xətti