Ərdoğandan Suriya ilə bağlı daha bir açıqlama

14:30 31 Dekabr 2024

Suriyada daimi sülh, əmin-amanlıq, sabitlik və iqtisadi rifahın qapılarını açmaq üçün yeni dövr üçün lazım olan bütün dəstəyi verəcəyik.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni il bayramı ilə bağlı xalqa müraciətində deyib.

“İnanıram ki, Suriyada sabitlik mühiti kök saldıqca, 13 ildir vətən həsrəti çəkən suriyalı mühacirlərin könüllü şəkildə geri qayıtması asanlaşacaq. Bu müddət ərzində qonaqpərvər milləti olmağın ən gözəl nümunələrini nümayiş etdirən bütün vətəndaşlarıma təşəkkür edirəm”, - Türkiyə lideri əlavə edib.



Xəbər xətti