Rusiya bu ölkələrlə müharibəyə hazırlaşıb: Gizli plan...

18:45 31 Dekabr 2024

Rusiya hərbçiləri 2013-2014-cü illərdə Yaponiya və Cənubi Koreya ilə müharibə ssenarilərini əhatə edən gizli planlar hazırlayıb. 

Sitat.info xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yazıb.

Qərb mənbələri tərəfindən nəşrə sızdırılmış sənədlərə əsasən, siyahıya 160 hədəf daxil edilib:

“Bu obyektlərin yarısı hərbi infrastrukturdan ibarət olub: Yaponiya və Cənubi Koreya Silahlı Qüvvələrinin komandanlıq mərkəzləri, radiolokasiya qurğuları, aviabazalar və hərbi-dəniz obyektləri.

Bundan əlavə, siyahıda mülki və enerji infrastrukturu, o cümlədən zavodlar, körpülər və hətta atom elektrik stansiyaları da yer alıb. Sənədlərdə X-101 raketləri ilə hücum planları təhlil edilib”.

Qəzetin yazdığına görə, bu planlar 2008-2014-cü illər arasında potensial hücumlara hazırlıq üçün nəzərdə tutulsa da, hələ də Rusiya hərbi strategiyasında aktual hesab olunur.

"Rusiya hərbçiləri ölkənin şərq sərhədlərinin NATO ilə müharibə zamanı zəif qalacağından və ABŞ ilə müttəfiqlərin hücumlarına açıq olacağından narahatdır", - qəzet qeyd edir.



Xəbər xətti