ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

22:58 31 Dekabr 2024

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Sitat.info xəbər verir ki, sanksiyalar siyahısına iki fiziki və bir hüquqi şəxs əlavə edilib.

Məlumata əsasən, iki Rusiya vətəndaşı - Valeri Korovin və Olesya Mendeleyeva qara siyahıya daxil edilib.

Rusiyanın “Geosiyasi Ekspertiza Mərkəzi” Beynəlxalq Qeyri-Kommersiya Fondu da məhdudiyyətlərə məruz qalıb.



Xəbər xətti