Keçən il Ukrayna 4 min kvadrat kilometrdən çox ərazisini itirib. 2025-ci ildə Ukraynanın Rusiyanın bütün Donbası işğal etməsinin və cəbhəni yarıb keçməsinin qarşısını almaq üçün daha yaxşı fürsəti yaranacaq.
Sitat.info xəbər verir ki, bunu "New Geopolitics Research Network"un direktoru Mixail Samus Radio deyib.
Ekspert hesab edir ki, 2025-ci il üçün müsbət gözləntilər var:
"Ukraynanın və ukraynalıların bütün gərgin zəhməti 2025-ci ildə həm cəbhədə, həm də iqtisadiyyatda nəticə verməlidir - Rusiya iqtisadiyyatında sonda dağıdıcı proseslər başlamalıdır".
O, etiraf edib ki, Putin hakimiyyəti tammiqyaslı müharibə başlayandan sonra tam üç il ayaqda qala bilib, lakin ruslar Ukraynanı təslim olmağa məcbur edə bilməyiblər:
"2023-cü ilin sonu və 2024-cü ilin əvvəlini xatırlasaq, o zaman deyirdik ki, Rusiya bütün Donbası fəth etməyə çalışacaq. Onlar cəbhəni yarıb Ukraynanı təslim olmağa məcbur etməyə cəhd edəcəklər. İndi nə danışacağıq? Rusiyanın bu il üçün planları nədən ibarətdir? Bütün Donbası işğal edib, cəbhəni yarıb, Ukraynanı təslim olmağa məcbur etmək. Beləliklə, bu il Rusiyanın bunu edə bilməməsinə şərait yaratmaq şansımız daha çoxdur. Ona görə ki, Rusiyada iqtisadi vəziyyət daha da pisləşəcək"./Axar.az