İsrail ordusu Qəzza zolağında çadırları hədəf' alıb, mlarında əksəriyyəti qadın və uşaq olmaqla 50-dən çox fələstinlinin həyatını itirib.
Sitat.info xəbər verir ki, HƏMAS-ın verdiyi açıqlamada Qəzza zolağının bir çox bölgəsində ağır bombardmanlarını davam etdirən İsrail ordusunun mülki əhalinin olduğu çadır düşərgələrini də hədəf almasına reaksiya veriblər.
İsrail ordusu Xan Yunusda çadır düşərgələrini bombaladığı bir vaxtda , bölgənin şimalında və mərkəzi hissədə Deyr əl-Belahda insanların başları üzərindəki evləri dağıdıblar. .
Bəyanatda deyilir: "İlkin təsbitlərə görə, İsrailin hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla 50-dən çox mülki şəxs şəhid olub. İşğalçı İsrail beynəlxalq hüququ və beynəlxalq humanitar hüququ görünməmiş şəkildə pozaraq müdafiəsiz dinc əhaliyə qarşı soyqırım savaşını davam etdirir".
O da qeyd edilib ki, 15 aydır ki, beynəlxalq aləmin susqunluğu da "silinməz bir ayıb"dır. Bəyanatda həmçinin ərəb və islam ölkələri başda olmaqla bütün dünya İsrailin qətliamlarına qarşı Fələstin xalqı ilə həmrəyliyə çağırılıb.
Tehran,
Sitat.info