ABŞ Ukraynaya yardımı Baydendən sonra da davam etdirəcək

11:41 8 Yanvar 2025

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya dəstəyin Co Baydenin prezidentlik dövründən sonra da davam edəcəyini gözlədiyini bildirib.

Sitat.info xəbər verir ki, bu bəyanat Ukraynanın hərbi ehtiyaclarının 2027-ci ilə qədər təmin olunmasını müzakirə etmək üçün 9 yanvarda keçiriləcək təmas qrupu toplantısı ərəfəsində verilib.

Bununla yanaşı, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsini Co Baydenin siyasətinin “fiaskosu” adlandırıb.

O, Baydenin əvəzinə “nə etdiyini bilən bir prezident” hakimiyyətdə olsaydı, bu münaqişənin baş verməyəcəyini vurğulayıb.

ABŞ-ın Ukraynaya hərbi yardımı ilə bağlı qərarlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Gələcəkdə bu yardımların miqyası və istiqamətləri siyasi vəziyyətdən asılı olaraq formalaşacaq.



Xəbər xətti