İsraillə razılaşma çərçivəsində azad ediləcək fələstinli məhbusların siyahısı mübadiləyə bir gün qalmış dərc ediləcək.
Sitat.info- nun məlumatına görə, bu barədə HƏMAS-ın "Telegram" kanalında bəyan edilib.
Bildirilib ki, girovların azad edilməsi mexanizmi İsrailin azad edəcəyi məhbusların sayından asılıdır.
"Siyahılar razılaşdırılmış mexanizm çərçivəsində hər mübadilə günündən əvvəl dərc ediləcək", - deyə bəyanatda qeyd olunub.