İsrail müxalifət lideri Netanyahunu istefaya çağırıb

09:41 22 Yanvar 2025

İsrailin müxalifət lideri Yair Lapid Fələstinin Həmas qruplaşmasının 7 oktyabr 2023-cü il tarixli hücumuna görə ordu rəisi Herzi Halevinin istefa verməsindən sonra ölkənin Baş naziri Benyamin Netanyahu və hökumətini stefaya çağırıb.

Sitat.info xəbər verir ki, Lapid Netanyahunu məsuliyyəti üzərinə götürməyə səsləyib:

"İndi onların məsuliyyəti öz üzərinə götürməsi və istefa vermə vaxtıdır - baş nazir və onun bütün fəlakətli hökuməti..."

Bundan əvvəl İsrailin hərbi qərargah rəisi general-mayor Herzi Halevi Fələstinin Həmas qruplaşmasının 2023-cü il oktyabrın 7-də hücumu zamanı əməliyyatın uğursuzluğu üçün məsuliyyət daşıdığına görə bazar ertəsi istefa verib.

Halevi istefa məktubunda 7 oktyabr 2023-cü ildə ordunun uğursuzluğuna görə məsuliyyətini nəzərə alaraq ayrıldığını bildirib.

“Oktyabrın 7-də İDF-nin uğursuzluğuna görə məsuliyyətimi tanıyaraq və İDF-nin görkəmli uğurlar əldə etdiyi və İsrailin çəkindirmə qabiliyyətini və gücünü bərpa etdiyi bir vaxtda, səlahiyyət müddətimin 6 mart 2025-ci ildə başa çatmasını xahiş edirəm. Bu qərar çoxdan hazırlanmışdır. İndi İDF-nin bütün əməliyyat meydanlarında üstünlüyü əldə etməsi və girovların qaytarılması ilə bağlı daha bir razılaşmanın olması ilə vaxt yetişib”, - Halevinin bəyanatında deyilir.

Nigar,

Sitat.info



Xəbər xətti