Rusiya ABŞ-la prezidentlər Vladimir Putin və Donald Tramp səviyyəsində təmaslara hazır olaraq qalır, lakin Vaşinqtondan müvafiq sorğular daxil olmayıb.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.
"Hələlik biz amerikalılardan heç bir siqnal almamışıq", - Kreml nümayəndəsi bildirib.
"Ona görə də biz, necə deyərlər, öz cədvəlimizə uyğun işləyirik və hazırlığımız qorunub saxlanılır. Amerika tərəfində də eyni hazırlıq gedir. Görünür, müəyyən vaxt tələb olunur".
Aytac,
Sitat.info