Putin tarix verdi: Müharibə iki aya başa çata bilər

12:20 29 Yanvar 2025

Rusiya prezidenti Vladimir Putin xüsusi əməliyyatın başa çatma tarixini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Arqumentı i faktı” xəbər verir. 

Putin qeyd edib ki, sponsorluq pulları və döyüş sursatları tükənərsə, iki aya qədər başa çata bilər.

“Pul və patronlar tükənsə, bir ay duruş gətirə bilməyəcəklər.  Hazırkı vəziyyətdə Ukraynanın suverenliyi “praktiki olaraq sıfıra endirilib”.

Rusiya prezidenti həmçinin bildirib ki, Ukrayna ilə indiki mərhələdə sülh sazişi imzalanması qeyri-legitim olacaq, çünki ölkə lideri Vladimir Zelenski “qanunsuz prezidentdir və Rusiya ilə hər hansı danışıqları qadağan edən fərmanı ləğv edə bilməz”.

Putin bildirib ki, Ukraynada prezident seçkiləri qanuna uyğun keçirilmədiyi üçün Zelenski ölkə prezidenti deyil. Onun sözlərinə görə, bu, ölkə konstitusiyasında yazılıb.

“Ukrayna konstitusiyasına uyğun olaraq, prezidentin hətta hərbi vəziyyət şəraitində belə səlahiyyətlərini uzatmaq hüququ yoxdur. "eyri-legitimliyinə görə Zelenskinin heç nəyə imza atmaq hüququ yoxdur. Ukrayna prezidentinin səlahiyyət müddəti beş ildir, başqa heç nə yoxdur. Daha sonra onun səlahiyyətləri Radanın sədrinə veriləcək”, - Rusiya prezidenti bildirib.

Onun sözlərinə görə, Kiyev Rusiya Federasiyası ilə danışıqları qadağan edən fərmanı ləğv etmək istəsə, bunun qanuni yolunu tapacaq. Radanın sədri bunu edə bilər. Əks halda, Rusiya ilə Ukrayna arasında danışıqlar qeyri-qanuni olacaq.

Rusiya prezidenti isə bildirib ki, Ukrayna tərəfindən bu barədə  heç bir təşəbbüs görmür.

Məğrur,

Sitat.info



Xəbər xətti