Mərakeşdə 5,2 maqnitudalı zəlzələ baş verib

09:40 11 Fevral 2025

Mərakeşin şimalında Tanger-Tetouan-El Hoceima regionunun Ouazzane əyalətində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə "Maghreb Arabe Press" informasiya agentliyi Milli Geofizika İnstitutuna istinadən məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 20 km dərinlikdə yerləşib.

Daha əvvəl ABŞ Geoloji Xidməti bu zəlzələnin maqnitudasını 5,1 qiymətləndirib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Krallığın bir neçə böyük şəhərində, o cümlədən Rabat, Kasablanka, Tanger və Fesdə kiçik təkanlar hiss edilib.



Xəbər xətti