Suriya Prezidenti Türkiyəyə səfər edəcək

09:01 7 Aprel 2025

Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyəyə səfər edəcək.

Bu barədə Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir.

Suriya Xarici İşlər Nazirliyi Əhməd əş-Şəraanın gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfər edəcəyini açıqlayıb.

BƏƏ əş-Şəraanın vəzifəyə gəldikdən sonra səfər edəcəyi ikinci körfəz ölkəsi olacaq. O, fevralda Səudiyyə Ərəbistanına səfər edib.



Xəbər xətti