Husilər ABŞ aviadaşıyıcısına yenə hücum etdi

18:00 4 Aprel 2025

Husilər Qırmızı dənizdə “USS Harry Truman” aviadaşıyıcısına və onu müşayiət edən gəmilərə növbəti dəfə hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

“ABŞ-ın ölkəmizə qarşı təcavüzünə cavab olaraq Yəmənin hərbi-dəniz, raket və PUA qüvvələri düşmənin Qırmızı dənizdə “Harry Truman” aviadaşıyıcısı və hərbi gəmilərinə bir neçə qanadlı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib”, - Səriya bildirib.



Xəbər xətti