Türkiyə Suriyanın Palmira şəhərində böyük bir hərbi baza qurmağa qərar verib. Suriyanın müxtəlif regionlarında hərbi bazalar qurması gözlənilir. Palmirada qurulacaq baza Suriya silahlı qüvvələri üçün ixtisaslı hərbiçilər hazırlanacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, İsrail Suriyada hərbi bazaları havadan bomblamaqla Türkiyənin qarşısını kəsməyə çalışır: "Təbii ki, Türkiyənin İsrailin bu kimi mesajlarına görə Suriyadan geri çəkilməsi mümkün deyil.
Türkiyə Suriyada hərbi baza qurduqdan sonra, İsrail Suriyada hərbi əməliyyatlar aparması çətin olacaq. Əgər, Türkiyə qoşunlarına havadan hücum olarsa, Ərdoğan Qüdsdə namaz qılacaq. Cənab Ərdoğan Şamda və Qüdsdə namaz qılacağını elan etmişdi. Necəki, Şamda namaz alacağını elan etmişdisə, eynisini Qüdsdə qıla bilər".
M.Əsədullazadənin sözlərinə görə, Türkiyə Yaxın Şərqə daxil olur: "İsrail Türkiyəyə qarşı açıq müharibə apararsa, öz mövcudluğu sual altında qala bilər. Türkiyə İsrail üçün İran deyil".
Məğrur,
Sitat.info