Vətən müharibəsi qazisi faciəli şəkildə öldü

20:35 4 Aprel 2025

Vətən müharibəsi qazisi Samir Rzayev yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Sitat.info Unikal-a istinadən xəbər verir ki, hadisə ötən gün Goranboyun Bəşirli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2114 markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Samir Rzayevin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb.

Digər yaralı - 1987-ci il təvəllüdlü Seymur Tağıyevin müalicəsi davam etdirilir.

Qazi doğulduğu Gəncə şəhərində dəfn edilib.

Qeyd edək ki, qəzada həlak olan Samir Rzayev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.



Xəbər xətti