Bakıda 6 otaqlı ev yandı

14:40 5 Aprel 2025

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 140 m² (hər mərtəbəsi 70 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 15 m² sahədə və dəhlizin tavanı 6 m² sahədə yanıb.

Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbər xətti