"Rahat market"də malın üzərindəki qiymətdən baha satıldığı müəyyən edilib

18:43 4 Aprel 2025

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “ANC Group" MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması halı ilə bağlı inzibati xəta protokolu tərtib edilib.

Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, şirkətin tərkibində fəaliyyət göstərən “Rahat” supermarketlər şəbəkəsində qida məhsulunun müştəriyə üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib./Sitat.info



Xəbər xətti