Bakıda kimsəsiz qoca belə xilas edildi - VİDEO

15:58 21 Fevral 2025

Gördüyünüz bu kimsəsiz qocanı Sabunçu rayonu, Təcili Yardım Stansiyasının 1 sayli bölməsinin işçiləri küçədə yağışın altında tapıb stansiyaya gətiriblər. Yataq xəstəsi olan 64 yaşlı  Hüseynov Vidadi Misir oğlu günlərdir baxımsız vəziyyətdə olub. Stansiya işçiləri qocaya ilkin yardım göstərərək onu təmizləyib, geyindirib, isti yeməklə təmin ediblər. Stansiyasnın həkimi Hadi Gövher Hidayet qızı redaksiyamıza zəng edib vətəndaşın sığınacaqla təmin edilməsi üçün kömək istədi. Dərhal dövlət qurumları ilə əlaqə saxladıq. Müraciətimiz daxil olan kimi Sosial Xidmətlər Agentliyi əməkdaşları kimsəsiz qocaya baş çəkdilər, onun yerləşdirilməsi üçün işlərə başlanıldı. Səhər tezdən təcili yardım stansiyasının həkimləri onun köçürülməsi üçün bütün hazırlıq işlərini görüb səliqəli şəkildə geyindiriblər. Həkimlər öz geyimlərindən gətirib bağışlayıb, Vidadi Hüseynovun boğçasını da hazır ediblər. Bu gün Bakının qarına-şaxtasına baxmayaraq,  Sosial Xidmətlər Agentlyinin əməkdaşları təcili yardımla Vidadi Hüseynovu 3 SAYLI ŞƏHƏR KLİNİK XƏSTƏXANASI aparıblar. Xeyirxah, fədakar insanların sayəsində o, bu gecəki şaxtada küçədə donaraq ölmədi, bir insanın  həyatı xilas edildi.

3 gün ərzində bu qocanın qulluğunda dayanan Sabunçu rayonu, Təcili Yardım Stansiyasının 1 sayli bölməsinin  işçilərinə, problemi bizə çatdıran həkim Hadi Gövher  Hidayet qızına, məsələni operativ şəkildə həll edən Sosial Xidmətlər Agentliyi əməkdaşlarına təşəkkür edirik. Bu artıq ikinci belə haldır, bundan öncə də  eyni vəziyyətdə olan 70 yaşlı Quliyev Fikrət Nazim oğlunu bu həkimlər və Sosial Xidmətlər Agentliyi xilas etmişdi. Sitat.info saytı olaraq biz də bir gözəl işdə vasitəçi olmaqdan məmnunuq. BƏYƏNƏK VƏ PAYLAŞAQ ki, hamıya nümunə olsun.

Nərgiz LİFTİYEVA,

Sitat.info




Xəbər xətti