"Bir çox ürək çatışmazlığı olan xəstələr bu əlamətləri ciddiyə almır və səbəbdən müalicəyə gecikirlər. Halbuki, ürək çatışmazlığına tez diaqnoz qoyulması həyati əhəmiyyət daşıyır".
SİTAT.İNFO xəbər verir ki, ürək xəstəlikləri ilə bağlı önəmli məlumatlar verən prof.dr. Əhməd Çəliyin fikrincə, ürək çatışmazlığında ölüm riski bağırsaq, süd vəzi onkoloji xəstələrinə görə daha çoxdur.
"Ürək çatışmazlığı xəstəliyi Türiyədə Qərb toplumlarına görə 10 yaş daha tez rast gəlinir. 65 yaş üstü adamlarda isə ən çox rast gəlinən xəstəlik ürək çatışmazlığıdır. Dünyada ümumilikdə ürək çatışmazlığı səbəbi ilə xəstəxanaya müraciət edən 2 nəfərdən biri 5 il sonra həyatını itirir. İlkin dövrlərdə hər hansı əlamətlər müşahidə edilməyə bilər, amma xəstəlik irəlilədikcə daha çox əlamətlər ortaya çıxır.
Bəzi ürək xəstəsi olan insanlar əlamətləri "yaşlılıq" olaraq dəyərləndirir və ciddiyə almır. Halbuki bu xəstəlikdə erkən diaqnoz həyati önəm daşıyır. 40 yaşından sonra davamlı olaraq ürək yoxlanışı erkən diaqnoz üçün çox önəmlidir həmçinin erkən ölüm hallarının qarşısını alır. Buna görə də xəstəliyin fərqində olmaq , davamlı olaraq yoxlanış etdirmək və lazımı müalicəni etdirmək vacibdir".
Ürək çatışmazlığını ürəyin bədənin ehtiyaclarını qarşılayacaq qan pompalamaqda yetərsiz qaldığı, ciddi və ölümcül bir xəstəlikdir. Bu xəstəlikdə ortaya çıxan ilkin əlamətlər nəfəs darlığı, ayaqlarda şişmə və tez yorulmaqdır. Bundan əlavə öskürək, iştahsızlıq, ürək döyüntülərinin sürətlənməsi kimi əlamətlərə də rast gəlmək olur.
Ürək çatışmazlığının yaranmasına digər xəstəliklər zəmin yarada bilir. Əsasən də şəkər xəstəliyi, ürək- damar xəstəlikləri və s.
Ürək-damar problemi olan, keçmişində infark keçirmiş 2 nəfərdən birində bu xəstəlik yaranır.