Tramp Xameneiyə məktub göndərib

16:45 7 Mart 2025

ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneiyə məktub ünvanlayıb.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Tramp “Fox Business” telekanalına müsahibəsində açıqlayıb. 

Onun sözlərinə görə, məktubda İranın nüvə proqramına dair danışıqlar üzrə təklif verib:

“Cümə axşamı İran liderinə məktub göndərmişəm, İranla saziş bağlamağa üstünlük verərdim”.

O, həmçinin İranın nüvə silahı əldə etməməli olduğuna dair fikrini bir daha təkrar edib, Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini vurğulayıb.

 



Xəbər xətti