Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova martın 10-da Azərbaycana rəsmi səfərə gəlib.
Sitat.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Şimali Makedoniya Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıb.