Bakıda bir qrup şəxs maşına hücum etdi - Dəyənəklərlə döydülər- Video

11:57 11 Mart 2025

Bakıda kütləvi dava olub.

Sitat.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Kadrlarda bir qrup şəxs dəyənəklərlə 99 BZ 500 dövlət nömrə nişanlı avtomobilə hücum edərək maşının şişəsini qırıb, içərisindəki şəxsləri döyüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov oxu.az-a bildirilib ki, “Şevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır:

"Cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq, soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Şevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib"

Davanən görüntüsünü təqdim edirik:



Xəbər xətti