Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, şəhərin Əliqulu Nərimanov küçəsində Röya Sultanovanın idarə etdiyi "Kia" markalı avtomobillə 51 yaşlı Şəlalə Ağayeva vurulub. Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəzanı törədən Röya Sultanova Quba rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiridir.
Onun avtomobillə vurduğu qadın isə fizika müəllimidir.
Faktla bağlı araşdırma aparılır.