Yeniyetmələrin Tiktoka girişi məhdudlaşdırılır

17:48 11 Mart 2025

Tiktok sosial şəbəkəsi "Ailə ayarları" bölməsində yeniyetmələrin müəyyən vaxt aralıqlarında tətbiqə girişini məhdudlaşdırmağa imkan verən funksiyanı işə salır.

Sitat.info xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd olunub ki, Tiktok tərtibatçıları yeni "Qeyri-aktiv vaxt" ayarını yaradıb.

İndi valideynlər övladları üçün Tiktoka giriş məhdudiyyəti təyin edə bilərlər – məsələn, dərs saatlarında və ya gecə vaxtı. Valideynlər rəqəmsal detoksun rahat tənzimlənməsi üçün təkrarlanan cədvəl yarada və daha əvvəl tətbiq olunmuş məhdudiyyət dövründə övladlarının tətbiqdən istifadə üçün göndərdiyi sorğuları təsdiq edə bilərlər.

Bundan əlavə, “Ailə ayarları”nın yeni funksionallığı valideynlərə övladlarının hesabları barədə daha geniş məlumat əldə etməyə imkan verir. İndi onlar övladlarının “TikTok”da kimi izlədiyini və onun hesabına kimlərin abunə olduğunu, yeniyetmənin hansı istifadəçiləri blokladığını görə biləcəklər.

"Yaxın aylarda Tiktok valideyn nəzarəti aktiv edilməsə belə, yeniyetmələrin platformanın İcma Təlimatlarını potensial olaraq pozan məzmun barədə valideynlərinə məlumat verməsinə imkan yaradan funksiyanı da əlavə edəcək", - məlumatda deyilir.



Xəbər xətti