Paşinyan müharibə zamanı zirzəmilərdə olub - Ohanyan

18:12 11 Mart 2025

Paşinyan 2008-ci ildən müxtəlif yerlərdə siçovul kimi gizlənib, müharibə zamanı isə zirzəmilərdə olub.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Nikol Paşinyan bu yaxınlarda Gümrü seçkiləri kontekstində keçmiş hakimiyyətin əleyhinə danışarkən bildirmişdi ki, kimlərsə zirzəmilərdən siçovul kimi çıxıb, küçələrdə gəzir, talan, korrupsiya, oğurlananları xalqa qaytarmaq üçün siyasi kampaniya aparırlar. Bu qiymətləndirmədən sonra 2008-ci il proseslərindən başlayaraq müharibə zamanı özü də zirzəmilərdə olan, özü də müxtəlif yerlərdə gizlənən Nikol Paşinyana necə davranmalıyıq?

"Ölkəni bu vəziyyətə gətirən, onu məhv edən şəxs məsuliyyəti öz boynuna götürmək əvəzinə, günahı keçmişə yıxmağa çalışır", - deyə o qeyd edib.



Xəbər xətti