Putin düşmən olduğunu dəfələrlə sübut etdi – Leyen

19:00 11 Mart 2025

AB Rusiyanın düşmənçiliyi səbəbindən qitənin yenidən silahlanmasını sürətləndirmək üçün bütün maliyyə rıçaqlarından istifadə etmək niyyətindədir.

Sitat.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

Onun sözlərinə görə, hazırda Ukraynanın hərbi təchizatındakı boşluqların doldurulmasına və ölkəyə etibarlı təhlükəsizlik təminatlarının verilməsinə, eləcə də bütün Avropa qitəsinin təhlükəsizliyinin təmin edilməsinə ehtiyac var:

“Putin düşmən qonşu olduğunu dəfələrlə sübut edib. Ona güvənmək olmaz, onu yalnız saxlamaq olar”.



Xəbər xətti