BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov müstəmləkəçilik siyasətinin yaratdığı sosial və iqtisadi problemlərlə bağlı çıxış edib.
Sitat.info xəbər verir ki, Xüsusi Məruzəçi ilə interaktiv dialoq zamanı A.Abbasov Fransanın müstəmləkə ərazilərində - Kanaki (Yeni Kaledoniya) və Fransız Qvianasında insanların hüquqlarının təmin edilmədiyini vurğulayaraq, insanların səhiyyə, təhsil və digər əsas sosial xidmətlərə çıxışda ciddi çətinliklərlə üzləşdiyini bildirib.
O, beynəlxalq sənədlərdə öz əksini tapmış - doğulduğu andan insan ləyaqətinə, şəxslərin fərdi azadlığı və müstəqilliyinə, təhsil hüququna və s. hörmət edilmədiyini vurğulayıb.