Ukrayna ilə bağlı istənilən razılaşma Vaşinqtonun deyil, Moskvanın şərtləri ilə olacaq və ABŞ bunu başa düşməlidir.
Sitat.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.
“Ciddədə ABŞ-Ukrayna danışıqlarının nəticələri yalnız bir şeyi göstərir: Zelenskinin həyata keçirdiyi “quyruq yelləmək” ssenarisi ABŞ-ın keçmiş prezidenti Co Baydendən fərqli olaraq, Trampla qətiyyən işləmir”, - Kosaçev bildirib.
Onun sözlərinə görə, danışıqların şərtləri Ukrayna deyil, ABŞ-ındır və ukraynalılar onlarla razılaşır:
“Zelenski dərin müdafiə mövqeyindədir. Yaxud Ağ Ev sözçüsü demişkən, Tramp Zelenskini öz yerinə oturtdu. Rusiya irəliləyir, bu o deməkdir ki, Rusiya ilə hər şey fərqli olacaq. İstənilən razılaşma ABŞ-ın şərtləri ilə deyil, bizim şərtlərimizlə bağlanır. Bu isə öyünmək deyil, orada, cəbhədə hələ də real razılaşmaların yazıldığını başa düşməkdir. Vaşinqton da bunu başa düşməlidir”.