MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu

19:36 12 Mart 2025

 

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sitat.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Elvin Cəfərov 10 il müddətinə azadlıqdan mərhum edilib.

Elvin Cəfərov barədə DTX-nin İstintaq Baş İdarəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Elvin Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib. İstintaqın əvvəlində ziyanı ödəməsi şərti ilə onun azadlıqda qalmasına şərait yaradılıb. Amma o, DTX-nin verdiyi fürsətdən lazımınca istifadə etməyib. Bu səbəbdən barəsində həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Elvin Cəfərov bir müddət əvvəl 143 milyonluq cinayət işində mühakimə edilən zabitlərin məhkəməsində şahid qismində ifadə vermişdi.

 



Xəbər xətti