AFFA prezidenti Rövşən Nəcəf 2025-ci ildə Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib.
Sitat.info xəbər verir ki, tədbirdə çıxış edən qurum rəhbəri mundialda mübarizə aparacaq bütün komandalara uğurlar arzulayıb:
“Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Biz idmanda da uğurlara imza atırıq. Bu, bizə imkan verir ki, idmanın inkişafını nümayiş etdirək. Azərbaycan xalqının futbola olan sevgisini göstəririk. Orxan Məmmədova və onun komandasına minnətdaram. Onun sayəsində bu turniri qəbul edirik. Gələcək nəsilə göstərə bilərik ki, inanırsızsa, uzunmüddətli baxış varsa, bir çox şeyə nail ola bilərsiz. Dünya çempionatında iştirak edəcək komandalara uğurlar arzulayıram”.