Avropanın Rusiyaya qarşı sanksiyalarının yumşaldılması məsələsi Ukrayna münaqişəsinin həlli ilə bağlı gələcək danışıqlarda müzakirələrin bir hissəsi ola bilər.
Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.
"Avropalılar Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Güman edirəm ki, Rusiya ilə istənilən danışıqlarda, əgər biz onlara müraciət etsək, bu, ona qarşı tətbiq edilən Avropa sanksiyaları məsələsini gündəmə gətirəcək. Ona görə də hesab edirəm ki, sanksiyalar məsələsi müzakirə olunacaq, hətta Rusiyanın dondurulmuş aktivlərinin taleyi və s.gündəmə gətirilə bilər”, - M.Rubio qeyd edib.