2 aprel böyük gün olacaq - Tramp

21:00 12 Mart 2025

2 aprel çox böyük gün olacaq. Hal-hazırda bizimkilər Rusiyaya gedir.

Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Ümid edək ki, Rusiya ilə atəşkəs əldə edə bilək", - Tramp bildirib.

Eyni zamanda, o, müəyyən müsbət siqnallar aldığını qeyd edib:

"Mən bəzi müsbət mesajlar almışam. Lakin müsbət mesaj heç nə demək deyil. Konkret addımlar atılmalıdır. Vəziyyət çox ciddidir. Bu, III dünya müharibəsinə səbəb ola biləcək bir vəziyyətdir".



Xəbər xətti