Merkelin COVİD oyunu: Kəşfiyyata susmağı tapşırıb

14:23 13 Mart 2025

 

Almaniya Federal Kəşfiyyat Xidməti (BND) hələ 2020-ci ildə COVİD-19 pandemiyasına Çinin Uhan şəhərindəki laboratoriyadan SARS-CoV-2 virusunun sızmasının səbəb olduğunu müəyyən etmişdi.

Sitat.info xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” və “Zeit” nəşrləri yazıb.

“BND rəhbəri Bruno Kal şəxsən Merkelə virusun 80-95% laboratoriya mənşəli olması ilə bağlı məlumat verib. Lakin Merkelin ofisi bu məlumatı ictimailəşdirməməyi və gizli qalmasını tapşırıb”, - məlumatda qeyd olunub.

 



Xəbər xətti