Zaxarova brifinqdə ağladı

15:48 13 Mart 2025

 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı müharibədə yaralanan və öldürülən uşaqların sayını açıqlayan zaman göz yaşlarını saxlaya bilməyib.

Sitat.info xəbər verir ki, bu barədə “Smotri” Teleqram kanalı məlumat yayıb.

“Belqorod vilayətində 88 uşaq yaralanıb, Kursk vilayətində 12 uşaq ölüb, 4 uşaq yaralanıb. Bunlar Kiyev rejiminin məzar daşına çevriləcək statistikadır”, - Zaxarova bildirib.

XİN rəsmi Ukrayna ilə 2014-cü ildən bu yana baş verən münaqişədə 1700 uşağın öldüyünü iddia edib.

 



Xəbər xətti